Keşlədəki istehsal sahəmizdə 4 kW gücündə yeni fiber lazer kəsim dəzgahı istifadəyə verildi. Dəzgah 3000 × 1500 mm ölçülü masası ilə standart vərəqləri bir dəfəyə emal edir.
Nə dəyişdi?
Nazik və orta qalınlıqlı sacda kəsim sürəti təxminən iki dəfə artdı, mürəkkəb konturlu detalların hazırlanma müddəti qısaldı.
- Paslanmayan poladda 12 mm-ə qədər kəsim
- Alüminiumda təmiz, oksidsiz kənar
- Kiçik partiyalarda belə sərfəli qiymət
Yeni dəzgah sayəsində sifarişlərin böyük hissəsini 48 saat ərzində təhvil verə bilirik.
Çertyojunuzu göndərin, eyni gün qiymət təklifi hazırlayaq.
