PICV nədir və nə vaxt lazımdır?

25.08.2026

PICV — təzyiqdən asılı olmayan balans və tənzimləmə vanası. Adından göründüyü kimi iki işi bir gövdədə görür: dövrəni balanslayır və axını tənzimləyir.

Adi bir tənzimləmə vanasında problem budur: aktuator klapanı 50%-ə gətirsə də, sistemdəki təzyiq fərqi dəyişəndə keçən su miqdarı dəyişir. Yəni "50% açıq" heç də "layihə axınının yarısı" demək olmur. PICV içindəki təzyiq nizamlayıcı bu asılılığı aradan qaldırır — aktuator hansı mövqedədirsə, axın da o nisbətdə qalır.

Praktik nəticələri: hər dövrəni ayrıca nizamlamağa ehtiyac azalır, otaq temperaturu daha stabil olur, nasos enerjisi boşa getmir. Ona görə çox dövrəli fan-coil sistemlərində, klima santrallarının (AHU) batareyalarında geniş istifadə olunur.

Kataloqumuzda rezbalı PICV DN15–DN50, flanşlı versiya DN50–DN300 aralığındadır; işçi təzyiq PN16/PN25, işçi temperatur −10 °C / +120 °C. Daxili hissələr və mil paslanmayan polad və ya DZR pirinçdən, gövdə isə presləmiş latun (kiçik ölçülərdə) və ya sfero tökmə (böyük ölçülərdə) olur.

Bloq

Layihəniz üçün qiymət təklifi alın

Məhsul siyahınızı göndərin — texniki uyğunluğu yoxlayıb qiymət və təchizat müddəti ilə qayıdaq.

WhatsApp ilə yazın