Kağız və karton təchizatında etibarlı tərəfdaş
Haqqımızda
Fabrik 2 və 4 rəngdə, həm düz, həm də qəlibli kəsimdə müxtəlif ölçü və dizaynlarda karton qutular hazırlayır.

Bizim yanaşmamız
Öz sahəsində hər zaman keyfiyyəti və ən yaxşını qanun halına gətirmiş firmamız bu hədəf istiqamətində işlərinə davam edir.


Fabrik və istehsal
Müasir maşın parkı, ölçülə bilən keyfiyyət
İstehsal əsnasında onlayn proses nəzarəti sistemi ilə standart dəyərlər qəbul edilir. Minimum sərhədlər daxilində keyfiyyəti qoruyub saxlayaraq bazarda rəqabəti gücləndirə bilirik. Ən müasir texnologiya ilə təchiz edilmiş laboratoriyamızda bütün vəsaitlər və məhsullar yoxlanılır, bazara yalnız uyğun məmulatın verilməsi təmin edilir.
Karton sənayesi üçün texnika və texnologiyanın son nailiyyətləri fabrikdə tətbiq olunur. Fabrikdə çalışan yüksək ixtisaslı mühəndis və texniki işçi qrupu müştəriyə qablaşdırma prosesində dəyərli məsləhətlər verir, onların işinin daha düzgün, sərfəli və keyfiyyətli olması üçün hər cür dəstək göstərir.
Beynəlxalq səviyyə
Dünyanın ən müasir 70 fabrikindən ilk onluqda
“Arka Fabriki” istehsal keyfiyyəti və maşın parkı baxımından dünyada mövcud olan ən müasir 70 fabrikdən ilk onluğa daxildir.
Rəqəmlərlə Arkased
- 10/70 Dünyanın ən müasir 70 fabrikindən ilk onluqda
- 2 & 4 Rəngli çapla karton qutu istehsalı
- 1–3 mm Karton qalınlığı
- 60–600 Kağız və karton qramajı, g/m²
Keyfiyyət prosesi
Hər vərəq bazara çıxmazdan əvvəl yoxlanılır
-
Onlayn proses nəzarəti
İstehsal boyunca standart dəyərlər onlayn proses nəzarəti sistemi ilə izlənir, keyfiyyət minimum sərhədlər daxilində saxlanılır.
-
Müasir laboratoriya
Ən müasir texnologiya ilə təchiz edilmiş laboratoriyada bütün vəsaitlər və məhsullar yoxlanılır; bazara yalnız uyğun məmulat çıxır.
-
Mühəndis dəstəyi
Yüksək ixtisaslı mühəndis və texniki komanda qablaşdırma prosesində məsləhət verir — iş daha düzgün, sərfəli və keyfiyyətli olur.
Qiymət və texniki məlumat üçün bizə yazın
Ehtiyacınız olan qalınlıq, ölçü və miqdarı bildirin — sizə ən uyğun həlli təklif edək.